Proqrama açıq konfrans, DJ tədbiri, Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir. Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarından Ebbi Makkarti, Sesil Kommunal və Çarli Arm dəvət olunublar.
“Selector PRO” musiqi forumu Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesini müzakirəsi, həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə məlumatlandırmaq məqsədi daşıyır.
ADMİU-nun Mətbuat Xidməti




