Ukraynanın Lvov vilayətində mədəndə partlayış baş verib. Tehsil-press.az-n məlumatına görə, hadisə nəticəsində 11 nəfər həlak olub, daha 8 nəfərin yaralandığı barədə məlumat verilib. 20 mədənçinin taleyi barədə isə hələ məlumat yoxdur. İlkin məlumatlara görə, hadisə metan qazının partlaması nəticəsində baş verib. Ukrayna polisi hadisə ilə bağlı istintaq aparır.Tehsil-press.az














