Ümumi təhsil məktəblərində çərşənbə iməcilikləri davam edir

Ümumi təhsil məktəblərində çərşənbə iməcilikləri davam edir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çərşənbə iməcilikləri davam edir.
İməciliklər zamanı paytaxtın ümumi təhsil məktəblərinin kollektivi və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, abadlıq işləri aparılıb, gül-çiçək əkilib. Şagirdlərə yel çərşənbəsinin mahiyyəti, adətləri barədə məlumat verilib.
Layihənin həyata keçirilməsinin məqsədi şagirdlərin Azərbaycanın adət-ənənələri ilə məlumatlandırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasıdır.
Qeyd edək ki, bir sıra məktəblərdəki çərşənbə iməciliklərinə SOCAR-ın Ekologiya İdarəsi də dəstək verib.
İməciliklərin növbəti çərşənbədə də davam etdirilməsi nəzərdə tutulub.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər