
Sazişə əsasən, “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində müxtəlif layihələrin şirkətin Ekologiya İdarəsi ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulur. Ekologiya İdarəsinin əməkdaşları həmçinin məktəbyanı sahələrin yaşıllaşdırılmasında, şagirdlərə seleksiya və calaqetmə vərdişlərinin aşılanmasında, canlı guşələrin və məktəb oranjereyalarının yaradılmasında köməklik göstərəcək.
SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq Ekologiya İdarəsi gənclərin ekoloji təhsili və hazırlığının artırılması üçün müxtəlif olimpiadalar, intellektual müsabiqə və yarışmalar, ekskursiyalar, ekoloji maarifləndirməyə xidmət edən digər çoxsaylı tədbirlər keçirir.
BŞTİ-nin Mətbuat Xidməti