UNEC-də BMT-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunub

UNEC-də BMT-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbinin “Gənc diplomatlar” klubunda BMT-Azərbaycan əməkdaşlığının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Rus İqtisadiyyat Məktəbi direktorunun müavini Anar Eyyubov Azərbaycan ilə BMT-nin əməkdaşlığından və bu əlaqələrin əhəmiyyətindən danışıb.
Tələbələr BMT-nin müxtəlif istiqamətlər üzrə fəaliyyəti barədə təqdimatla çıxış ediblər. BMT-nin 18 agentliyinin Azərbaycanda fəaliyyət göstərdiyi vurğulanıb.
Sonra Rus İqtisadiyyat Məktəbinin əməkdaşı Vüsal Abasovun BMT nəzdindəki iqtisadi qurumlar barədə ingilis dilində məruzəsi dinlənilib. UNEC-də BMT gənclər modelinin uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

UNEC-in Mətbuat Xidməti


UNEC-də BMT-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunub

Oxşar xəbərlər