İmtahan sessiyası obyektiv və şəfafflıq şəraitində keçirilmişdir

İmtahan sessiyası obyektiv və şəfafflıq şəraitində keçirilmişdir Son vaxtlar ölkəmizin təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Hazırda ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində qış imtahan sessiyası başa çatıb. Onu da qeyd etmək lazımdır ki, istər qış, istərsə də yaz imtahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası təhsil naziri cənab Mikayıl Cabbarovun ali və orta ixtisas təhsil müəssisələrində 2016-2017-ci tədris ilinin payız-qış imtahan sessiyasınını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə əmr imzalamışdır. Əmrdə göstərilir: “Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali və orta ixtisas müəssisələrində imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər... Və nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisələrində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar...”
Təbii ki, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsipləri əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi çox ciddi məsələdir.
İmtahan sessiyası obyektiv və şəfafflıq şəraitində keçirilmişdir
İmtahan prosesi dövründə yaradılan şərait, bütün imtahanların yeni, mütərəqqi prinsiplər əsasında aparılması prosesinin nəticələri ilə yaxından tanış olmaq məqsədilə Azərbaycan Texniki Universitetində olduq. Universitetin tədris hissə müdiri Zəkay Şayev bildirdi ki, bu il payız-qış imtahan sessiyasında təxminən doqquz mindən çox tələbə iştirak edir. Belə ki, səkkiz fakültə üzrə əyani şöbədə universitet üzrə 7472 nəfər, qiyabi şöbədə isə 537 nəfər tələbə, magistratura pilləsində əyani şöbədə 424, qiyabi şöbədə 34 nəfər tələbə iştirak edir. Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH quruplarının tələbləri və eləcədə magistrantlar yazılı, bakalavriat səviyyəsində təhsil alan digər tələbələr isə test üsulu ilə imtahan vermişlər.
İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları – kollokviumlar da keçirilib.
Qış imtahanları sessiyasına hazırlıqla əlaqədar universitetin rektor əvəzi Xaliq Yahudovun 07 noyabr 2016-cı il tarixli 141 saylı əmri vermişdir. Burada təhsilin bütün formaları və səviyyələri üzrə Qış imtahan sessiyasının müddəti, sessiyasının mütəşəkkil keçirilməsi üçün lazımı tapşırıqlar və tövsiyyələr verilmişdir.
İmtahan sessiyasının gedişinə nəzarət etmək üçün 13 nəfərdən ibarət qərargah yaradılmışdır (sədr – tərbiyə işləri üzrə prorektor İ.Xəlilov). Qərargah sessiya müddətində imtahanların gedişinə gündəlik nəzarət etmiş və qərargahda fasiləsiz növbətçilik təşkil edilmişdir. İmtahanların gedişi prosesində müşahidə edilən məsələlər qərargahın xüsusi jurnalında qeyd olunmuşdur.
Qış imtahan sessiyasında imtahanların gedişinin təşkili və nəzarəti üçün rektorun 08.11.2016-cı il tarixli 143 saylı əmri ilə 74 nəfər koordinator təyin edilmişdir. Bunun əsasında tədris hissəsi qərargah üzvlərinin və koordinatorların iş qrafikini tərtib etmiş və üzvlərin nəzərinə çatdırmışdır. Eyni zamanda 23.12.2016-cı il tarixində rektorun koordinatorlarla görüşü keçirilmişdir.
Yarana biləcək münaqişə və şikayətlərin operativ həll edilməsini təmin etmək məqsədilə rektorun 08.11.2016-cı il tarixli 145 saylı əmrinə əsasən universitet üzrə 7 nəfərdən ibarət münaqişə komissiyası yaradılmış (sədr – Elm və texnika üzrə prorektor İ.Pirməmmədov).
İmtahan sessiyası obyektiv və şəfafflıq şəraitində keçirilmişdir
Xüsusi elanlarda Təhsil Nazirliyinin və AzTU qaynar xəttlərinin telefon nömrələri göstərilmiş və onlar universitetin bütün korpuslarındakı elan lövhələrində asılmışdır. Eyni zamanda həmin telefon nömrələri “Azərbaycan müəllimi” qəzetində, internetdə və Universitetin saytında dərc olunmuşdur.
Qış imtahan sessiyasında universitet üzrə 8418 nəfər imtahanlara buraxılmış, 8256 nəfər tələbə imtahanda iştirak etmişdir. Onlardan 7280 nəfəri bakalavriat səviyyəsinin əyani şöbəsi üzrə, 167 nəfər “SABAH” qrupların tələbələri, 520 nəfəri (əcnəbilərlə) qiyabi şöbə və 447 nəfəri magistratura səviyyəsi üzrə olmuşdur.
Qış imtahan sessiyasında bakalavriat səviyyəsinin əyani şöbəsinin 2, 3 və 4 kurs tələbələri imatahanları test üsulu ilə, “Xüsusi texnika və texnologiya” fakültəsinin və “SABAH” qruplarının bütün tələbləri, eləcədə digər fakültələrin birinci kurs tələbələri isə imtahanları yazılı formada vermişdir. “Xüsusi texnika və texnologiya” fakültəsinin və “SABAH” qruplarının tələbələri istisna olmaqla birinci kurs tələbələri üçün imtahanlar yazılı formada yeni metodika ilə keçirilmişdir. Yazılı imtahanların keçirilməsində yeni metodikanın tətbiqində məqsəd obyektivliyin və şəfaflığın təmin edilməsindən ibarət olmuşdur.
Bu metodikanın əsas məqsədlərindən bir ənənəvi “imtahan bileti” anlayışının aradan qaldıraraq imtahan biletinə düşən sualların İKT tərəfindən formalaşdırılması, digəri isə qrupun və hər bir tələbənin yazı işinin kodlaşdırılması üçün vacib olan fərdi şifrin avtomatik şəkildə formalaşmasında ibarətdir. Bunun üçün xüsusi proqram hazırlanıb, sınaqdan keçirilib və uğurla tətbiq olunmuşdur.
Universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülmüşdür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün ərzində qiymətlər tələbələrə elan edilir.
İmtahan sessiyası obyektiv və şəfafflıq şəraitində keçirilmişdir
Obyektivliyin və şəfaflığın təmin olunması məqsədilə koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasında seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını almaq məqsədi daşıyır. Tələbə Yazılı imtahanda iştirak edən tələbələrin işləri koordinator otağında şifrələndikdən sonra qiymətləndirilmək üçün fənn müəlliminə verilir. Şifrələnmə zamanı müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir.
Qiymətləndirmədən narazı qalan tələbə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Apeliyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır. İmtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələbələrin müaricətlərinə vaxtında baxılması təmin etmək məqsədilə hər cür şərait yaradılır.
Tələbənin müraciəti əsaslı olduqda apellasiya komissiyasının sədrinə tələbinin cavab blankının yenidən yoxlanmasını təşkil etməklə ilkin yoxlanmanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir və həmin əmrə əsasən universitet üzrə apelyasiya komissiyasının sədri, imtahanlarda obyektivliyi, şəffaflığı və tələbə müraciətlərinə operativliyi təmin edir. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və günahı olan şəxslərin barəsində tədbir görməsi nəzərdə tutulmuşdur.
İmtahan sessiyası obyektiv və şəfafflıq şəraitində keçirilmişdir
Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, Azərbaycan Texniki Universitetində həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb.
Universitetdə təhsil alan hər kəs bu gün yaxşı dərk edir ki, savadlı mütəxəssisin yeri və mövqeyi həmişə görünən cəmiyyət öz gələcəyini məhz belə kadrlara etibar edir, bilikli kadr sayəsində cəmiyyət foralaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik vətəndaş formalaşır. Imtahanlarda əldə etdikləri göstəricilərə universitet tələbələri bütün bu adın şərəfini qorunmağa səy göstərirlər. Bütün bunlar bir daha onu sübut edir ki, universitet rəhbərliyi həmişə olduğu kimi öz ədalətliyini və obyektivliyini qoruyub saxlayır. Bütün kollektiv də yaxşı anlayır ki, bütün bunlar məhz gələcəyimiz olan gənc nəslin bir vətənpərvər kimi, savadlı kadr kimi yetişməsinə hesablanmışdır.

Əkbər Hüseynzadə

Oxşar xəbərlər