AzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilib

AzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişilə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələri iştirak edib.
Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumatlandırılıblar.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki,universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Xalıq Yahudov iştirakçılara məlumat verib ki, Universitetdə bütün məsələlər “Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür. İstər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompyuterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin Elektron Portalında yerləşdirilir.
Qeyd olunub ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.
Universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait yaradılıb və imtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər.
Tur zamanı Universitetin İnnovativ Təhsil və İKT departamenti ilə də tanışlıq olub. İştirakçılar burada aztu.edu.az saytının imkanları haqqında məlumatlandırılıb. Bildirilib ki, sistem vasitəsi ilə akademik təhsil və imtahan nəticələri vahid mərkəzdə birləşdirilib. Bu yolla tədris prosesində operativlik və tam şəffaflıq təmin olunub.
Mediaturdan sonra Universitetin İctimai Şurasının iclası keçirilib. İclasda Şuranın sədri və katibi müəyyənləşdirilib. Üzvlərin yekdil qərarı ilə professor Şahlar Əsgərov Şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib. Daha sonra Şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib.
Qərara alınıb ki, mütəmadi olaraq Şuranın iclasları keçirilsin və Universitet Elmi Şurasında İctimai Şuranın üzvlərinin iştirakı təmin olunsun. İctimai Şuranın üzvləri bu yolla universitetin bütün problemləri ilə yaxından tanış olmaq və həll olunması üçün səylərini səfərbər etmək niyyətindədir.

AzTU-nun Mətbuat Xidməti


AzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilibAzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilibAzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilibAzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilibAzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilibAzTU-da Universitetin İctimai Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə Mediatur keçirilib

Oxşar xəbərlər