Xırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib

Xırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib Tədbiri giriş sözü ilə açan 26 saylı körpələr evi- uşaq bağçasının müdirəsi Nigar Səfərova bildirib ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır: Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər , həm də fəal ictimai xadim ola bilər. Bu gün əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Azərbaycan qadını həm həkim, müəllim, memar, dövlət qulluqçusu, hərbiçi, ictimai-siyasi xadim, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. O, qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer verir, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün ölkəmizdə lider qadınların yetişməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra tədbirin bədii hissəsində Namazova Təbəssüm və Kərimova Samirənin təşkilatçılığı ilə uşaqlar, "Bala baldan şirindir" adlı səhnəcik nümayiş olundu. Şənlikdə balaca fidanların çıxışları alqışlarla qarşılanıb. Şən musiqilərlə təşkil edilmiş bayram tədbirində qadınlara həsr olunmuş şerlər söylənilib, mahnılar oxunub.

Afət Abbasova

Xırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilibXırdalan şəhəri 26 saylı körpələr evi uşaq bağçasında 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib

Oxşar xəbərlər