Azərbaycan ilə Argentina arasında mədəni əlaqələr uğurla inkişaf edir

Azərbaycan ilə Argentina arasında mədəni əlaqələr uğurla inkişaf edir Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Argentina: elm və mənəviyyat müstəvisində” mövzusunda elmi seminar keçirilib.
“Elm çırağı” İctimai Birliyinin sədri, professor Naida Məmmədxanova seminarın Azərbaycanın və Argentinanın elminə, mədəniyyətinə həsr olunduğunu söyləyib. Bildirilib ki, hələ qədim dövrlərdən mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda bir çox qədim xalqların mədəniyyətləri iz qoyub.
Qeyd edilib ki, Argentina Cənubi Amerikanın Braziliyadan sonra ikinci böyük, gözəl və inkişaf etmiş ölkəsidir. 1992-ci ildə Argentina Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulub. Azərbaycanın Cənubi Amerikada ilk səfirliyi 2010-cu ildə məhz Argentinada açılıb.
N.Məmmədxanova ölkəmizdə hər zaman Argentinanın mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, kinosuna, futboluna böyük maraq göstərildiyini söyləyib. Vurğulanıb ki, Azərbaycan ziyalıları üçün Argentina bir çox tanınmış yazıçıların vətənidir.
BMA-nın prorektoru, professor Gülnaz Abdullayeva tədbirin Azərbaycan ilə Argentina arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini, hər iki ölkənin mədəniyyətində, məişətində və incəsənətində oxşar cəhətlərin olduğunu bildirib.
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva “Argentina və Azərbaycan: əməkdaşlığın tarixi və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Səfir ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni və idman sahələrində əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, 2013-cü ildə Argentinanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Hazırda Azərbaycan-Argentina münasibətləri müxtəlif sahələrdə güclənərək yeni mərhələyə qədəm qoyur.
Sonra “Azərbaycan-Argentina: dekorativ-tətbiqi incəsənət sahəsində qarşılıqlı əlaqələr”, “Borhes” Babilistan kitabxanası: oyun və həqiqət arasında” və “Argentina tanqosu” mövzularında məruzələr dinlənilib.
Tədbirdə BMA-nın tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Həmçinin gənc rəssamlar Günel Hüseynova və Fərəh Əliyevanın əl işlərindən ibarət sərgi nümayiş olunub.

Kəmalə Rəhimli


Azərbaycan ilə Argentina arasında mədəni əlaqələr uğurla inkişaf edirAzərbaycan ilə Argentina arasında mədəni əlaqələr uğurla inkişaf edirAzərbaycan ilə Argentina arasında mədəni əlaqələr uğurla inkişaf edirAzərbaycan ilə Argentina arasında mədəni əlaqələr uğurla inkişaf edir

Oxşar xəbərlər