“ADA” Universitetinin aparat rəhbəri Bakı Dövlət Universitetinin tələbələrinə mühazirə oxuyub

“ADA” Universitetinin aparat rəhbəri Bakı Dövlət Universitetinin tələbələrinə mühazirə oxuyub “ADA” Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ingilisdilli qruplarının tələbələrinə mühazirə oxuyub.
Əvvəlcə jurnalistika fakültəsi dekanının müavini, dosent Könül Niftəliyeva qonağın fəaliyyəti barədə tələbələrə məlumat verib. Dekan müavini ingilis dili qruplarının müəllimləri Vəfa İsgəndərova və Anzulə Əmirovanın təşəbbüsü ilə təşkil edilən görüşün tələbələr üçün böyük əhəmiyyət daşıdığını söyləyib, qonağa minnətdarlığını bildirib.
Ş.Mehrəliyeva jurnalistikanın əsasları, ənənəvi və yeni media, PR, informasiya texnologiyalarının jurnalistikada tətbiqi ilə bağlı ingilis dilində mühazirə oxuyub. İyirmi illik təcrübəsini bölüşən jurnalist CNN dünya xəbərləri üçün Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi, Qanlı Yanvar hadisələri ilə bağlı hazırladığı materiallardan söz açıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

Afət Abbasova


“ADA” Universitetinin aparat rəhbəri Bakı Dövlət Universitetinin tələbələrinə mühazirə oxuyub


Oxşar xəbərlər