Yaponiyalı professor Bakı Dövlət Universitetində mühazirə oxuyub

Yaponiyalı professor Bakı Dövlət Universitetində mühazirə oxuyub Yaponiyanın Kumamoto Universitetinin prorektoru, tətbiqi kimya kafedrasının professoru Hirotaka İhara Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin nano araşdırmalar laboratoriyasında olub.
Fakültənin dekanı, professor Məhəmmədəli Ramazanov iki universitet arasında sıx elmi əlaqələrin qurulduğunu, nano araşdırmalar laboratoriyasında və mərkəzində yaponiyalı professorların mühazirələrinin təşkilinin artıq ənənə halını aldığını deyib.
Sonra professor H.İharanın “Polimerlərin xirooptik funksionallaşmasının supermolekulyar platforması” mövzusunda məruzəsi dinlənilib.
Görüşdə, həmçinin birgə elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, magistrantların və doktorantların hazırlanması məsələsi müzakirə edilib.

BDU-nun Mətbuat Xidməti


Yaponiyalı professor Bakı Dövlət Universitetində mühazirə oxuyubYaponiyalı professor Bakı Dövlət Universitetində mühazirə oxuyub

Oxşar xəbərlər