Skandinaviya Mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva qonaqları salamlayaraq tədbirdə iştirak etdikləri üçün təşəkkür edib.
Daha sonra çıxış edən Thorir Harundal ADU-da olmaqdan məmnun olduğunu bildirib. O, öz araşdırması haqqında mühazirə oxuyacağını qeyd edib.
T.Harundal IX - X əsrlərdə Skandinaviyanın Şərqi Avropa hissəsində ərəb coğrafiyası və tarixi haqqında mənbələrin tapıldığını bildirib. O, bəzi ərəb mənbələrində vikinqlərə ruslar kimi müraciət olunduğunu deyib. T.Harundal ərəb mənbələri ilə yanaşı qeyri-ərəb mənbələrində də vikinqlər haqqında müxtəlif məlumatların olduğunu vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ADU-nun Mətbuat Xidməti



