Bakı Avrasiya Universitetində misirli yazıçı ilə görüş

Bakı Avrasiya Universitetində misirli yazıçı ilə görüş Noyabrın 24-də Bakı Avrasiya Universitetində (BAU) Misirin geniş oxucu kütləsinə malik “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru, yazıçı, publisist Tarıq ət-Tahir ilə görüş keçirilib.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdindəki Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydinin də qatıldığı tədbirdə ölkələrimiz arasında ədəbi əlaqələrin genişlənməsi və birgə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla bağlı xoş təəssüratlarını ifadə edən Tarıq ət-Tahir ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi haqqında məlumatlı olduğunu bildirib. Yazıçı Azərbaycanın zəngin ədəbiyyatı ilə tanışlıqdan sonra ədiblərimizin xalqın ruhunu əks etdirən, vətənpərvər hissləri ön plana çıxaran mövzulara geniş yer verdiklərini müşahidə etdiyini və bu məqamın Misir ədəbiyyatında da aktual olduğunu vurğulayıb. Misir ziyalılarının, elmi cəmiyyətlərin və ədəbi dairələrin nümayəndələrinin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini deyən Tarıq ət-Tahir bu istiqamətdə birgə layihələrin reallaşması üçün geniş potensialın olduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər ərəb dilinin tədrisi istiqamətində Misirin ali məktəbləri və elmi institutları ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıblar. Onlar ərəb dilinin incəliklərinə bələd olmaq istəyən tələbələr üçün Misirin ali təhsil müəssisələrindəki imkanlardan danışıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.

BAU-nun Mətbuat Xidməti


Bakı Avrasiya Universitetində misirli yazıçı ilə görüşBakı Avrasiya Universitetində misirli yazıçı ilə görüş

Oxşar xəbərlər