Dövlət hesabına xaricdə oxuyan tələbələr öz ixtisasları üzrə işləyə bilirlərmi?

Dövlət hesabına xaricdə oxuyan tələbələr öz ixtisasları üzrə işləyə bilirlərmi? “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi isə başqa sahədə fəaliyyətini davam etdirir.

Təhsil-press.az-ın məlumatına görə, 2015-2016-cı tədris ilində proqram çərçivəsində sonuncu sənəd qəbulu aparılıb və müsabiqə nəticəsində 373 tələbə dünyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanıb.
Bununla da Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatıb.
Bu günədək proqram çərçivəsində 1470 nəfər məzun olub. məzunların 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır.

Təhsil-press.az

Oxşar xəbərlər