Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb

Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb Azərbaycanda əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı artıb.

Təhsil-press.az məlumatına görə, 2010-cu ildə 19,5 ton, 2015-cü ildə 33 ton qan tədarük olunub.
2016-cı ildə isə tədarük olunan qanın miqdarı artaraq 36 tondan çox olub.
Hazırda ölkə üzrə tibb müəssisələrinin və xəstələrin təhlükəsiz donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Təhsil-press.az

Oxşar xəbərlər