Jirinovskidən təklif: "Volqaqradı Stalinqrad edək"

Jirinovskidən təklif: Rusiya Liberal Demokrat Partiyası (RLDP) Volqoqrad şəhərinin Stalinqrad adlandırılmasını növbəti dəfə təklif edib.

Təhsil-press.az-ın məlumatına görə, Dövlət Dumasında liberal-demokratlar fraksiyasının mətbuat xidmətinin yaydığı press-relizdə deyilir:
"RLDP-nin sədri Vladimir Jirinovski hesab edir ki, Rusiyada tarix və nəsillərə varislik olmalıdır. Bununla əlaqədar olaraq, o, Volqoqrada əvvəlki adını qaytarmağı - şəhərin Stalinqrad adlandırılmasını, eləcə də Moskva-Stalinqrad sürət qatarının istifadəyə verilməsini təklif edir".
Qeyd edək ki, bundan əvvəl Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov da həmin ideyanı dəstəklədiyini bəyan etmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər