Avropa Parlamenti 3 deputatının Dağlıq Qarabağdakı qondarma rejimin "referendum"unda müşahidəçiliyini pisləyib

Avropa Parlamenti 3 deputatının Dağlıq Qarabağdakı qondarma rejimin Milli Məclisin Avronest Parlament Assambleyasında (Avronest PA) nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentində (AP) səfərdə olub.

Təhsil-press.az-ın məlumatına görə, səfər zamanı F.Muradov Avronest PA-nın həmsədri, Yaşıllar siyasi qrupunun üzvü, almaniyalı deputat xanım Rebekka Harms ilə görüşüb. Görüşdə AP-nin üç deputatının Dağlıq Qarabağa qanunsuz səfəri və qeyri-leqal referendumda AP adından istifadə edərək qanunazidd müşahidəçilik etmələri və bəyanat yaymaları, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin gələcək planları, AP ilə əlaqələrin möhkəmləndirilməsi perspektivləri və bu sahədə qarşıda duran çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib.
F.Muradov Prezident İlham Əliyevin Brüsselə fevraldakı səfərindən sonra Aİ ilə əlaqələrdə canlanma yarandığını, AP-də martın əvvəlində keçirilən konfransın da bunun davamı olduğunu diqqətə çatdırıb.
R.Harms AP deputatlarının bu cür saxta seçki müşahidələrində iştirakının AP-nin böyük hissəsi tərəfindən pislənildiyini və bunun gələcəkdə təkrarlanmaması üçün deputatların təlimatlandırıldığını bildirib. O, eyni zamanda, Azərbaycanın Avronest PA-da olmasının Azərbaycanın AP ilə əlaqələrində çox önəmli olduğunu qeyd edib.
Səfər zamanı F.Muradov AP-də Sosialistlər və Demokratların Tərəqqi Birliyinin siyasi qrupunun vitse-prezidenti Viktor Boştina (Rumıniya) ilə görüşüb. Görüş zamanı Azərbaycan-Rumıniya əlaqələri, yeni enerji layihəsi, Sosialistlər siyasi qrupu ilə əməkdaşlıq, AP üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri müzakirə olunub, AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib.
V.Boştinaru Aİ-nin enerji təchizatının müxtəlifliyinin əhəmiyyətindən danışıb, Dağlıq Qarabağdakı və keçmiş sovet ölkələrindəki digər münaqişələrin oxşar xarakterli olmaqla bərabər, eyni məqsədlərə xidmət etdiyini və bütün münaqişələrə eyni cür yanaşılmasının vacibliyini bildirib, Azərbaycan ilə AP-nin daha sıx əməkdaşlığının önəmini vurğulayıb.

Təhsil-press.az

Oxşar xəbərlər