Angela Merkel: "Biz heç də hər şeyi yaxşı etmədik"

Angela Merkel: Avropa İttifaqı öz siyasətində heç də hər şeyi yaxşı etməyib.

Təhsil-press.az məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel İtaliyanın "Rai" teleradio şirkətinə müsahibəsində deyib.
A.Merkel qeyd edib: "Əlbəttə, biz heç də hər şeyi yaxşı etməmişik. Bəzi işlər natamam qalıb".
O, avropalı siyasətçilərin miqrasiya və iqtisadi məsələlərdə səhv etdiklərini də bildirib:
"Məsələn, biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq".

Təhsil-press.az

Oxşar xəbərlər