Ramil Usubov BƏƏ-də səfərdədir

Ramil Usubov BƏƏ-də səfərdədir Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Təhsil-press.az-a verilən məlumata görə, R.Usubov həmçinin baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub. Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Təhsil-press.az

Oxşar xəbərlər