Nazir Hacıqabula yeni rəis təyin etdi

Nazir Hacıqabula yeni rəis təyin etdi Hacıqabul Rayon Polis Şöbəsinə yeni rəis təyinatı olub.

Təhsil-press.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Məmməd Marif oğlu Hüseynov təyin edilib.
Məmməd Hüseynov indiyədək Zərdab Rayon Polis Şöbəsinin rəisi olub.
Ramil Usubov başqa bir əmrlə Bakının Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İntiqam Mirsalayevi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərib. Onun yerinə hələlik təyinat yoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər