Tramp Merkeldən Almaniyanın NATO qarşısındakı borcunu istədi

Tramp Merkeldən Almaniyanın NATO qarşısındakı borcunu istədi ABŞ prezidenti Donald Tramp Ağ Evdə bu yaxınlardakı görüşü zamanı Almaniya kansleri Angela Merkelə $ 375 mlrd. məbləğində hesab təqdim edib.

"İnterfaks"ın verdiyi məlumata görə, bu, NATO-nun Almaniyanın müdafiəsi üçün xərclədiyi vəsaitə dair Berlinin NATO qabağındakı borcudur.
Almaniya hökümətindəki mənbə borc tələbinin olduğu faktını təstiq edib, lakin bunun "qəbuledilməz" olduğunu bildirib.
Məlumata görə, Merkelin Vaşinqtona səfərləri zamanı amerikalı lider sənədi şəxsən ona təqdim edib.
"Bu cür tələblərin niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və bu təxribata cavab verməyəcək", - adı açıqlanmayan alman naziri qeyd edib.

Təhsil-press.az

Oxşar xəbərlər