"Özil və Aleksis..."

Arsen Venqer yetirməsi Aleksis Sançezin Londonda qalmaq, amma titul qazanan klubda oynamaq fikrinə münasibət bildirib.
Təhsil-press.az goal.az-a istinadən xəbər verir ki, "Arsenal"ın baş məşqçisi bunları deyib:
"Hesab edirəm ki, Özil və Aleksis klubda qalmaq istəyir. Onlarla razılığa gəlmək lazımdır. Sançezin sözlərini müsbət qəbul edirəm. O haqlıdır. Londonda bir komanda var. Onu "Arsenal"da hər şey qane edir. futbolçuların vətənində verdiyi açıqlamalara ehtiyatlı yanaşmaq lazımdır. Çünki onların fikirləri tərcümə olunarkən həqiqətdə demək istədiklərini əks etdirmir. Sançezin sözlərində neqativ heçnə görmədim. Deyib ki, çempion olmaq istəyir. Onu yaxşı başa düşürəm".

Təhsil-press.az

Oxşar xəbərlər