Türkiyə və Rusiya Dağlıq Qarabağ üzrə razılığa gəliblər (ÖZƏL)

Türkiyə və Rusiya Dağlıq Qarabağ üzrə razılığa gəliblər (ÖZƏL) Türkiyənin Baş naziri Binəli Yıldırımın Rusiya səfəri zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəliblər.

Bu barədə Tehsil-press.az-a Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupu rəhbəri Rəcai Bərbər deyib.
Onun sözlərinə görə, əvvəldən Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.
"Əslində Ermənistan da bu problemin həllini istəyir, çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir, və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq", - deyə Dostluq Qrupu rəhbəri bildirib.
Onun sözlərinə görə, Türkiyə, məsələn Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir, amma Ankara ilə Yerevan arasında yaxşı münasibətlər ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasında sona mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər