ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilib

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilib Martın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin təşkilatçılığı ilə “Erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı” mövzusunda I elmi konfrans keçirilib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev 31 martın Azərbaycanın tarixində faciəvi bir gün olduğunu deyərək Bakı şəhərində və eləcə də müxtəlif bölgələrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında qısa məlumat verib. Universitetdə tələbələr arasında soyqırımının tarixi ilə bağlı sorğu keçirildiyini və məlumatlılıq baxımından nəticənin ürəkaçan olduğunu bildirən professor ali təhsil ocağında tələbələrin yalnız peşəkar mütəxəssis kimi deyil, eyni zamanda vətənpərvər vətəndaş olaraq yetişdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi anıldığını vurğulayan Ə.Abdullayev Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində siyasətinin uğurlu nəticə göstərəcəyinə əminliyini bildirib. O, tarixi hadisələrin gələcək nəsillərə ötürülməsində yazılı materialların xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tələbələrə xalqımızın başına gətirilən müsibətlərin dünyaya çatdırılmasında fəal olmaqlarını tövsiyyə edib.
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov soyqırımına həsr olunan elmi konfransın tarixi hadisələri tələbələrə daha dərindən öyrətmək, gənclərin xalqımızın məruz qaldığı faicələrin dünyaya tanıdılmasında aktivlik göstərmələrinə nail olmaq məqsədi daşıdığını söyləyərək bu konfransın hər il keçirilməsinin nəzərdə tutulduğunu deyib. Tarixdə ilk və ən uzunmüddətli soyqırımının Azərbaycan xalqına qarşı törədildiyini bildirən S.Həmidov ermənilərin bütün amansız vasitələrdən istifadə edərək yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq xalqı kütləvi şəkildə məhv etdiklərini diqqətə çatdırıb.
Daha sonra fakültənin tərkibində fəaliyyət göstərən kafedraların əməkdaşları məruzələrlə çıxış ediblər. Sosial elmlər kafedrasının dosenti Şəlalə Bağırova “Mart soyqırımı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, kafedranın baş müəllimi Namiq Kərimov “Mart soyqırımının araşdırılmasında fövqəladə təhqiqat komissiyasının rolu”, Samirə İmanova “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tanıdılması istiqamətində beynəlxalq fəaliyyət”, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Namiq Əsədov “Soyrıqımlar və onlara münasibət”, Regionşünaslıq kafedrasının müəllimi Ülviyyə Hüseynova “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti qərb dövlətlərinin elmi araşdırmalarında” mövzusunda çıxışlar ediblər.
31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş daha bir tədbir isə universitetin Filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə keçirilib.
Filologiya və jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc insanın amansızcasına qətlə yetirildiyini tələbələrin nəzərinə çatdırıb, bu soyqırımının acınacaqlı nəticələrini dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini qeyd edib.
Digər çıxışlarda əsrlər boyu ermənilərin türklərə qarşı olan məkrli siyasətindən söz açılıb, Azərbaycan həqiqətlərini xarici dillərdə dünya ictimaiyyətinə çatdırmağın vacibliyi vurğulanıb.
Dəyirmi masa müzakirələrlə sona yetib.

ADU-nun Mətbuat Xidməti


ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilibADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilibADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilibADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilib
ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilibADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilib

Oxşar xəbərlər