Serbiyada prezident seçkilərinin birinci turunda Vuçiç qalib gəlib

Serbiyada prezident seçkilərinin birinci turunda Vuçiç qalib gəlib Serbiyada prezident seçkilərinin birinci turunda 59,89 faiz səslə baş nazir Aleksandr Vuçiç qalib gəlib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, bunu Respublika Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviç deyib.
Daha əvvəl, Vuçiçin seçkilərin birinci turunda 58,5 faiz nəticə ilə qalib gəlməsi barədə "Ipsos" tədqiqat mərkəzi məlumat vermişdi. Vuçiçin qərargahının məlumatına görə, seçkilərdə təxminən 55,5 faiz seçici iştirak edib.

Təhsil-press.az

Oxşar xəbərlər