Ali təhsil ixtisaslarında dəyişiklik edilib

Ali təhsil ixtisaslarında dəyişiklik edilib Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Təhsil-press.az-a verilən məlumata görə, yeni qərara əsasən, "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın “Texniki və texnoloji ixtisaslar qrupu"na yeni ixtisaslar əlavə edilib.
Həmin ixtisaslar sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalmadır.

Təhsil-press.az

Oxşar xəbərlər