BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rəhman UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı dosent Prof. Sairul İzvan Safie, , eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamladı. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəldilər.
UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim öz çıxışında vurğuladı ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd etdi ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır.
Sonra BANM-lə UniKL arasında müqavilə imzalandı. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər