
A.Stark tələbələrə yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və s. mövzularda məlumatlar verib, onların suallarını cavablandırıb. Həmçinin seminar iştirakçıları İsveçrə mətbuatı, eləcə də ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparıblar.
Seminar Azərbaycan Mətbuat Şurası ilə İsveçrənin ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
BDU-nun Mətbuat Xidməti
