Nazir gəlini Safura ilk dəfə ETİRAF ETDİ: "Artıq heç vaxt..."

Nazir gəlini Safura ilk dəfə ETİRAF ETDİ: Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurandan sonra müğənnilik karyerasını donduran “Eurovision 2010” təmsilçimiz Safura Əliyevadan xəbər var.
Keçmiş müğənni bir neçə gün öncə rusiyalı həmkarı Vera Brejnevanın Heydər Əliyev Sarayındakı konsertini izləyənlər arasında olub.
Nazir gəlini “ATV maqazin onlarla” verilişinin müxbirinin ona ünvanladığı “Yenidən səhnəyə qayıdacaqsınızmı, müğənnilik fəaliyyətinizi davam etdirəcəksinizmi? – sualına “Yox, bu heç vaxt olmayacaq” - cavabını verib.
Qeyd edək ki, 2013-cü ildə ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın İskəndər adlı bir oğlu var. S.Əliyeva Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.

Tehsil-press.az

Oxşar xəbərlər