Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb.

Təhsil-press.az-ın məlumatına görə, yayılan xəbərdarlıqda deyilir ki: "Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumları təhlükəsinin qalması barədə xəbərdarlıq edir. Bu xəbərdarlıq müddəti 2017-ci il sentyabrın 1-i başa çatır".
Bundan əlavə xəbərdarlıqda deyilir ki: "Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada son məlum insidentlər göstərir ki, İŞİD-in, Əl-Qaidənin və onlarla bağlı qruplaşmaların Avropada terror hücumları planlaşdırmağa və həyata keçirməyə imkanları var".

Təhsil-press.az

Oxşar xəbərlər