Fransada terror barədə xəbərdarlıq edən mobil proqram çıxacaq

Fransada terror barədə xəbərdarlıq edən mobil proqram çıxacaq Fransa hakimiyyəti futbol üzrə Avropa Çempionatının keçirilməsi ilə əlaqədar mümkün terror aktları barədə xəbərdarlıq göndərən pulsuz mobil proqramını buraxacaq.

Bu barədə “RİA Novosti” agentliyi yazıb. Bu proqramla ehtimal olunan terror hücumları ilə bağlı istifadəçilərə xəbərdarlıq göndərmək mümkün olacaq. Həmçinin proqramda müxtəlif fövqəladə hallarda öz təhlükəsizliyini necə təmin etməsi ilə bağlı tövsiyələr olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər