ADPU-da “Sonsuz dəhliz ” filmi nümayiş etdirilib

ADPU-da “Sonsuz dəhliz ” filmi nümayiş etdirilib Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr üçün “Sonsuz dəhliz ” filmi nümayiş etdirilib. Qeyd edək ki, “Sonsuz dəhliz” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. Bu film litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımından söz açan sənədli filmidir. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. Belə ki, 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirən insanların ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi Xocalı soyqırımının təşkilatçıları və icraçıları - erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və cəlladları tərəfindən öldürülüb, bəziləri isə ermənilərin yaratdıqları müasir əsir düşərgələrinin ağır şəraitinə baxmayaraq, sağ qalıblar. Filmdə Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş böyük cinayət kimi təsvir edilir. İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub, həmçinin film rus dilinə dublyaj edilib. Çoxsaylı nüfuzlu beynəlxalq mükafatlara layiq görülən bu film dünyanın bir çox ölkələrində nümayiş etdirilib və Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayıb. Real və təsirli “Sonsuz dəhliz” filmi tələbə-gənclərin marağına səbəb olub.

İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da “Sonsuz dəhliz ” filmi nümayiş etdirilib

Oxşar xəbərlər