Türkiyə İranla sərhəddə divar tikir

Türkiyə İranla sərhəddə divar tikir Türkiyə hökuməti İranla 70 kilometr sərhəddə divar tikməyi planlaşdırır.

Təhsil-press.az-ın məlumatına görə, məqsəd İrandakı PKK silahlılarının Türkiyəyə keçidinin qarşısını almaqdır.
Qeyd edək ki, İranın Türkiyə ilə sərhəd ərazisində PKK-nın 6 düşərgəsi yerləşir və bu düşərgələrin hər birində təşkilatın 800-1000 üzvü fəaliyyət göstərir.
Mənbə bildirib ki, divar sərhədin Ağrı və İğdır vilayətlərindən keçən hissəsində tikiləcək. Sərhədin digər hissələri isə qüllə və dəmir hasarlarla bərkidiləcək. İki ölkə arasında sərhədin ümumi uzunluğu 500 kilometrə yaxındır.

Təhsil-press.az

Oxşar xəbərlər