Distant təhsil üzrə texnoloji platforma hazırlanır

Distant təhsil üzrə texnoloji platforma hazırlanır Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus plüş” layihəsi üzrə İtaliyanın Uninetuno Telematuka Universiteti ilə layihənin Azərbaycandan olan tərəfdaş ali təhsil ocaqları arasında skayp konfrans keçirilib.
“Erasmus plüş” layihəsinin ölkəmizdə olan tərəfdaş universitetləri- Azərbaycan Texniki Universiteti (layihənin regional əlaqələndiricisi), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Turizm və Menecment Universitetinin hər birindən iki titor və iki texniki işçinin qatıldığı skayp konfransda görülən işlər müzakirə olunub.
Konfransda layihənin regional əlaqələndiricisi, professor Həsən Hüseynov bildirib ki, Azərbaycanda distant təhsillə bağlı artıq xeyli məsələ həll olunmaq üzrədir.
Layihənin Azərbaycandakı tərəfdaş universitetlərindən olan titor və texniki işçilərindən ibarət qrupun iyulda Uninetuno Telematuka Universitetinə təcrübəyə göndərilməsi də nəzərdə tutulub.

AzTU-nun Mətbuat Xidməti


Distant təhsil üzrə texnoloji platforma hazırlanır

Oxşar xəbərlər