Plenar iclasda ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli “Dilöyrətmədə anlam konsepsiyası”, universitetin müəllimi Aytən Kazımova isə “Qeyri-ixtisas fakültələrində “İşgüzar ingilis dili”nin tədrisində İKT-dən istifadə qaydaları” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, “Xarici dillərin tədrisi və İKT”, “Xarici dillərin tədrisi və kommunikativ səriştəlilik”, “Müasir linqvistik paradiqmlər və xarici dillərin tədrisi”, “Təlim materialının mənimsənilməsi psixolinqvistik problem kimi” adlı 4 bölmədə keçirilən konfransda ümumilikdə 197 məruzə dinləniləcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirir. Konfransın yekununda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul olunacaq.
ADU-nun Mətbuat Xidməti



