Tramp Çin lideri barədə: "Yaxşı oğlandır"

Tramp Çin lideri barədə: ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. Trend-in məlumatına görə, bu barədə o, özü "The Economist" jurnalına müsahibəsində deyib.
Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".
Çin lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır".

Təhsil-press.az

Oxşar xəbərlər