Paracüdoçumuz İslamiadanın qalibi oldu

Paracüdoçumuz İslamiadanın qalibi oldu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 66 kq çəki dərəcəsində yarışan paracüdoçular arasında qaliblər müəyyənləşib.

Təhsil-press.az-ın məlumatına görə, finalda idmançımız Elçin Talıbov digər təmsilçimiz - Olimpiya Oyunlarının gümüş mükafatçısı Bayram Mustafayevla qarşılaşıb.
Döyüşdə E.Talıbov rəqibinin şido alması nəticəsində qalib gəlib. Digər təmsilçimiz B.Mustafayev müvafiq olaraq gümüş medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər