ADA Universitetindən “ingilisdilli” yay mövsümü

ADA Universitetindən “ingilisdilli” yay mövsümü ADA Universiteti yay mövsümü ərzində müxtəlif yaş və bilik səviyyəsi qrupları üçün maraqlı formatda iniglis dili kurslarını və yay məktəbini təklif edəcək. Onlara qeydiyyat artıq açıqdır.
Belə ki, İçəri Şəhərdə yeni fəaliyyətə başlamış “Ədibin Evi”ndə danışıq qabiliyyətini inkişaf etdirmək istəyənlər İngilis Dilində Danışıq Kursuna yazıla bilərlər. Həftədə üç dəfə keçirilən dərslər zamanı iştirakçılar müxtəlif mövzular üzrə müzakirələr apararaq ana dili ingilis dili olan peşəkar müəllimlə danışıq qabiliyyətlərini az bir zamanda təkmilləşdirə biləcəklər. Dərslərdə əcnəbi diplomatlar da qonaq qismində iştirak edəcəklər. Tədris 5 iyun tarixndən başlayaraq beş həftə ərzində hər dərs iki saat olmaqla davam edəcək. Son qeydiyyat tarixi 26 maydır.
Yay mövsümünü maraqlı və əyləncəli proqrama qatılmaqla keçirmək istəyən məktəbliləri ADA Yay Düşərgəsi gözləyir. 9-14 yaş arası yeniyetmələrə açıq olan bu düşərgə zamanı şagirdlər dörd həftə ərzində müxtəlif mövzuları əhatə edəcəklər: “Teatr və İncəsənət”, “Ətrafımızdakı Dünya”, “Fotoqraflıq və Media”, “Irs düşərgəsi” üzrə gündəlik dərslər ADA Universitetinin Avropa İttifaqı üzrə Bilik Mərkəzi ilə birgə təşkil edilərək dünyanın ən zəngin mədəni irsli qitəsi olan Avropanı şagirdlərə daha yaxından tanıdacaq. Dərslərdə Avropa ölkələrinin paytaxtımızda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları da qonaq qismində çıxış edəcəklər. Məktəblilər düşərgəyə bütünlüklə: 03-28 iyul tarixlərinə və ya həftəlik proqram əsasında yazıla bilərlər. Yay Düşərgəsi iştirakçıları ümumi dünyagörüşü, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirəcək, yeni dostlar qazanacaq, eyni zamanda özlərini və qabiliyətlərini bir daha kəşf edəcəklər. Son qeydiyyat tarixi 15 iyundur.
Özlərini daha intensiv tədris proqramında sınamaq istəyənlər üçün isə Akademik Məqsədlər üçün İngilis Dili proqramı təklif ediləcək. Bu dil proqramı sırf təhsil, təlim və peşəkar məqsədlər üçün hazırlanmış və ABŞ-ın aparıcı dil məktəblərində istifadə olunan kurrikulum və dərsliklər əsasında tədris edilir. Proqram əsasında tələbənin qrammatika ilə yanaşı, digər dil bacarıqları, o cümlədən dinləmə, danışıq, surətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətləri də inkişaf edir. İntensiv kurslar beş həftə ərzində 150 saat dərs daxil edir və bir və ya iki dil səviyyəsini aşılayır. Proqrama yaşı 14 və daha yuxarı olan tələbələr müraciət edə bilərlər. Kursları müvəffəqiyyətlə bitirənlərə ADA Universitetinin sertifikatı təqdim edilir. Upper-İntermediate səviyyəsini uğurla keçən tələbələr ADA Universitetinin bakalavr səviyyəsinə qəbul olunduqları təqdridə dil imtahanından azad olunurlar. Dərslər 05 iyunda başlayır. Son qeydiyyat tarixi 26 maydır.
Maraqlananlar
* “Ədibin Evi”ndə İngilis Dilində Danışıq Kursuna [email protected]
* ADA Yay Düşərgəsinə [email protected]
* Akademik Məqsədlər üçün İngilis Dilinə [email protected]
müraciət edərək yazıla bilərlər. Əlaqə telefonu (012) 437 3235.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər