Çərkəz Nəsirlinin 60 illik yubileyi və "Köç gedəndən sonra" kitabının təqdimatı keçirilib

Çərkəz Nəsirlinin  60 illik yubileyi və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon numayəndəliyində Çərkəz Nəsirlinin 60 illik yubileyi və "Köç gedəndən sonra" kitabının təqdimatı keçirilib.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon numayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov, yazıçı Əli bəy Azəri, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov və digərləri çıxış edərək Çərkəz Nəsirlinin pedaqoji fəaliyyəti və yaradıcılığı haqqında fikirlərini bildirib, yaradıcılığında və pedaqoji fəaliyyətində uğurlar diləyiblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Eldar Hüseynov tədbirə qatılaraq yubilyarı idarə rəisi Mehman Şükürovun adından təbrik edib, xoş arzularını çatdırıb və fəxri fərman təqdim edib.
Daha sonra Zəngilan rayon mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri mahnı sovqatı ilə yubilyarı təbrik ediblər.
Qeyd edək ki, Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin direktoru Çərkəz Nəsirli pedaqoji fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyəti ilə rayon ictimaiyyətinin rəqbətini qazanan qələm sahiblərindəndir. Ç.Nəsirli “Musiqi ilə döyünən ürəklər”, “Zəngilanda musiqi ocaqları” kitablarının müəllifidir.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər