Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Şuşa rayon mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Şuşa rayon mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib Bülbülcan adına Şuşa rayon Uşaq musiqi məktəbində fortepiano şöbəsinin təşkil etdiyi konsert proqramı Ümummilli lider Heydər Əliyevə həsr olunub.
Tədbirdə fortepiano şöbəsinin müdiri Bədurə Bəyazlıoğlu “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə edib.
Daha sonra fortepiano şöbəsinin şagirdləri konsert proqramı ilə çıxış diblər.
Tədbirin sonunda məktəbin direktoru Raqif Məhərrəmov fərqlənən şagirdləri diplomlarla təltif edib.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin 2016-2017-ci tədris ilinin yekununa həsr olnumuş hesabat konserti keçirilib. Məktəbin sabiq direktoru Oktay Allahverdiyevin xatirəsinə həsr olunmuş konserti giriş sözü ilə açan direktor Mirkamil Ağamirov məktəbin tədris ili ərzində əldə etdiyi nailiyyətlərdən və uğurlardan danışıb.
Sonra məktəb şagirdlərin və müəllimlərin ifasında “Sabaha bizimlə gedəcək Şuşa!” adlı konsert proqramı təqdim olunub, Oktay Allahverdiyevin bəstələdiyi mahnılar dinlənilib.
Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Rəisi Mehman Şükürov çıxış edərək tədbir haqqında öz təəssüratlarını bildirib, Mirkamil Ağamirovu fəxri fərmanla təltif edib.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və idarənin Şuşa rayonu üzrə münayəndəsi Zahid Abbasov məktəbin müəllim və şagird kollektivinə maraqlı konsert proqramına görə təşəkkür ediblər.
Tədbirin sonunda məktəb tərəfindən təsis olunan “İlin ən yaxşı müəllimi” adına layiq görülən Vətən Xudayar oğlu Həsənov təhsildəki fəaliyyəti və 70 illik yubileyi münasibətilə məktəbin fəxri Diplomu və hədiyyələri ilə mükafatlandırılıb.
Şuşa rayon MKS-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX ənənəvi Kitab bayramı keçirilib.
Yeni Ramana-450 qəsəbəsində baş tutan Kitab bayramında müxtəlif elm sahələrini əhatə edən 400 nüsxədən çox ədəbiyyat nümayiş etdirilib.
Sərgi ilə yaxından tanış olan Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman şükürov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Malıbəyli kənd İcra nümayəndəsi Müzəffər Babayev, şair Vahid Əziz və digərləri çıxış edərək kitabxanaçıları və oxucuları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Bayram tədbiri “Qarabağ mövzusu müasir poeziyamızda” adlı poeziya gecəsi ilə davam edib.
Şuşa MKS-nin direktoru Gülsarə Abbasova tədbirdə çıxış edərək Qarabağ ağrı və acılarının bu günkü poeziyamizdakı rolundan bəhs edib.
Tədbir Şuşa rayon musiqi kollektivlərinin ifası ilə yekunlaşıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər