Litvalı rəssamın əsərləri Bakıda sərgilənir

Litvalı rəssamın əsərləri Bakıda sərgilənir Bakıda Litvanın dünya şöhrətli rəssamı Yedit Sxoçkitenin əsərlərindən ibarət “Muza” adlı sərgi açılıb.
“Art Tover” qalereyasında təşkil olunan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Bu barədə təhsil-press.az-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Rəssamın sərgiyə təqdim etdiyi sənət əsərləri dəqiq cizgiləri, aydın fonu, eskiz və parlaq ifadəlilik xüsusiyyətləri ilə seçilir. Müxtəlif mövzulu sənət əsərlərinin yer aldığı sərgi iyunun 8-dək davam edəcək”.

Litvalı rəssamın əsərləri Bakıda sərgilənir

Litvalı rəssamın əsərləri Bakıda sərgilənir

Tehsil-press.az

Oxşar xəbərlər