Ərdoğanın baş müşaviri: Erməni tarixçiləri də "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər

Ərdoğanın baş müşaviri: Erməni tarixçiləri də Erməni tarixçiləri belə "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər.
Təhsil-press.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin baş müşaviri, professor Seyit Sertçelik “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi 1678-1914” adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatında deyib.
O qeyd edib ki, ermənilərin soyqırım iddiaları tarixi faktlara yox, insanların uydurduğu xatirələrə dayanır: "Əksinə, ermənilər türk coğrafiyasında həmişə işğalçı olub. Erməni işğalı ilk dəfə 17-ci əsrə təsadüf edir. 1828-ci ildə ilk dəfə ermənilər Osmanlıda silahsız xalqa qarşı qətliam törədiblər. Bu qətliamlar günümzə qədər davam edib".
Təqdimatda, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, alim Nizami Cəfərov və tarixçi Musa Qasımlı çıxış edərək faktlara əsaslanan kitabın erməni problemi haqqında həqiqətləri ictimaiyyətə çatdırmaqda əhəmiyyətini qeyd ediblər.
Kitab TPAO şirkətinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilərək çap edilib.
Türkiyədə nəşr olunan ikicildlik kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub ve heç bir kommersiya məqsədi güdmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə (universitet və məktəblər), eləcə də digər ictimai qurum və təşkilatlara paylanılacaq.

Təhsil-press.az

Oxşar xəbərlər