Fikri İşık: 2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib

Fikri İşık: 2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib 2 il ərazində 10 mindən artıq terrorçu zərərsizləşdirilib.
Təhsil-press.az-ın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib.
O, əlavə edib ki: "Bu, böyük uğurdur".
İşık qeyd edib ki, Türkiyə 35 ildir ki fərqli fərqli terror qruplaşmaları ilə mübarizə aparır: "Biz ən uğurlu dövrü yaşayırıq".
Nazir əlavə edib ki: "Hazırda PKK terror qruplaşması fəaliyyət göstərə bilmir. Türkiyə PKK-nı tamamilə dağıdacaq və ölkəyə qarşı təhlükənin qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini görəcəkdir".
Qeyd edək ki, PKK-nın 2015-ci ilin iyul ayında terror fəaliyyətini bərpa etdiyi zamandan 1200-dən artıq təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxs həlak olub.

Təhsil-press.az

Oxşar xəbərlər