Tramp məhkəməyə veriləcək

Tramp məhkəməyə veriləcək ABŞ-da Merilend və Vaşinqton şəhərlərinin prokurorları prezident Donald Trampı məhkəməyə verməyə hazırlaşır.
Təhsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Karl Rasin və Brayan Froş Trampın prezident olduğu halda şirkət sahibi olmağını qanunsuz hesab edirlər.
Onlar Trampı qanunsuz yollarla gəlir əldə etməkdə ittiham edirlər.
Lakin, Ədliyyə Nazirliyi iddianı kifayət qədər güclü hesab etmir.
Qeyd edək ki, Tramp bu ilin yanvarında sahibi olduğu bütün şirkətlərini oğulları tərəfindən idarə ediləcək bir fonda həvalə edəcəyini açıqlamışdı.

Təhsil-press.az

Oxşar xəbərlər