Somalidə partlayış: 9 ölü

Somalidə partlayış: 9 ölü Somalinin paytaxtı Moqadişonun mərkəzində, restoranların birinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 9 nəfər həlak olub.
"Hazırda biz 9 nəfərin ölümünü təsdiq edə bilərik. Ölənlərin çoxusu qadınlar və uşaqlardır", - polis kapitanə Məhəmməd Hüseyn deyib.
Məlumata əsasən, partlayışa görə cavabdehliyi ölkə ərazisində fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

Təhsil-press.az

Oxşar xəbərlər