Prezident İlham Əliyev: Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir

Prezident İlham Əliyev: Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Fransa Respublikasının sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpeni qəbul edib.
Dominik de Vilpen Prezident İlham Əliyev ilə son görüşünü xatırlayaraq qeyd etdi ki, bu görüşdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır. O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini dedi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilə Fransa Respublikasının sabiq Baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edildi, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Təhsil-press.az

Oxşar xəbərlər