Kaliforniyada Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma

Kaliforniyada Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

Təhsil-press.az xəbər verir ki, kütləvi dava Hantinqton-Biç şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.
Məlumata görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib. Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.
Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.



Təhsil-press.az

Oxşar xəbərlər