Xəzərdə SOCAR-ın 5 əməkdaşı xəsarət alıb

Xəzərdə SOCAR-ın 5 əməkdaşı xəsarət alıb İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.
Təhsil-press.az SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Təhsil-press.az

Oxşar xəbərlər