
Görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, o cümlədən Çin Xalq Respublikasının universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.
BDU-da Çin dili və ədəbiyyatının tədris olunduğunu vurğulayan rektor Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib, görüşün əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəyini bildirib.
BDU-nun Mətbuat Xidməti
