Tramp Mosulda İŞİD üzərində qələbə münasibəti ilə İraqı təbrik edib

Tramp Mosulda İŞİD üzərində qələbə münasibəti ilə İraqı təbrik edib ABŞ prezidenti Donald Tramp İraqın baş naziri Heydər əl-Abadiyə təbrik Mosulda İŞİD üzərində qələbə münasibəti ilə təbrik yollayıb.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə brifinq zamanı Ağ Evin nümayəndəsi Sara Sanders deyib.
"Biz baş nazir əl-Abadini, İraqın xüsusi xidmət orqanlarını və bütün sakinləri terrorçular üzərində qələbə münasibəti ilə təbrik edirik", - S.Sanders deyib.
Qeyd edək ki, bu gün İraqın baş nazir Heydər əl-Abadi Mosulda İŞİD üzərində qələbəni rəsmi olaraq elan edib.

Təhsil-press.az

Oxşar xəbərlər